Trampla nahar etmək istəyənlər bu qədər ödəməlidir

Rosner Fast Food Trump

ABŞ Prezidenti Donald Trampla Mar-a-Laqo iqamətgahında təkbətək nahar etmək imkanı təxminən 5 milyon dollara başa gələ bilər.

Globalinfo.az Axar.az -a istinadən xəbər verir ki, bu barədə Amerikanın “Wired” jurnalı mənbələrə istinadən məlumat yayıb.

Sahibkarların göstərilən məbləğə ABŞ prezidenti ilə şəxsən nahar etmək imkanı əldə edə biləcəyi qeyd olunub.

“Ötən həftə Mar-a-Laqoda bir neçə nəfər üçün şam yeməyi təşkil edilib və hər bir qonaqdan tədbirdə iştirak etmək imkanına görə 1 milyon dollar tələb olunub”.