“Trampla görüş Zelenskini uğursuzluqdan xilas etməyəcək”.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Leonid Slutski deyib.
O bildirib ki, Ukrayna lideri Rusiya ərazisinin dərinliklərinə zərbələr endirmək üçün ABŞ-dan icazə almayıb.
Zelenskinin “qələbə planı” iflasa uğradı. Bu planı ABŞ prezidentliyinə namizəd Donald Trampla görüş xilas edə bilməyəcək. Belə olan halda bu görüş Kiyev üçün əhəmiyyət kəsb edəcəkmi? Əlbəttə ki, yox. Çünki Vladimir Putinin Rusiyanın nüvə doktrinasında elan etdiyi dəyişikliklər Kiyevin planlarını məhv etdi”, – deyə rusiyalı deputat vurğulayıb.
Müşviq Tofiqoğlu
Globalinfo.az