tramp ses

ABŞ Konqresində Donald Trampın 2028-ci ildə yenidən prezident seçkilərində iştirakını təmin etmək üçün konstitusiyaya dəyişiklik olunması təklifi irəli sürülüb. 

Globalinfo.az xəbər verir ki, bu təkliflə Tennesi ştatından olan respublikaçı konqresmen Endi Oqles çıxış edib.

O, Trampın üçüncü dəfə prezident seçkilərində iştirakına imkan yaradılması üçün konstitusiyaya dəyişikliyi zəruri adlandırıb.

Məlumata görə, konstitusiyada bir şəxsin üç dəfə prezident seçkilərinə qatılması, həmçinin iki dəfə seçilmiş birinin prosesdə təkrar iştirakı və prezidentlik iddiası irəli sürməsi qadağandır. Oqles bu müddəanın dəyişməli olduğunu deyib.

Konqresmen əvvəlki Prezident Co Bayden administrasiyasının uğursuz fəaliyyət göstərdiyini və Trampın vəziyyəti düzəltmək üçün bütün lazımi resurslarla təmin edilməli olduğunu bildirib.

Konqresmenin çıxışı müzakirələrə səbəb olub və fərqli şəkillərdə dəyərləndirilib.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: