“ABŞ Prezidenti Donald Tramp bəşəriyyət tarixində ən vacib açıqlama verməyi planlaşdırır”.
Globalinfo.az xəbər verir ki, bunu film rejissoru Mark Kristofer Li deyib.
O iddia edib ki, bu barədə Vaşinqtondan ona məlumat ötürülüb.
“Tramp 2026-cı il iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək FİFA Dünya Kuboku zamanı çıxış edəcək. O, artıq bəşəriyyəti əbədi olaraq dəyişdirəcək nitqini hazırlayıb. Donald iddia edəcək ki, insanlar ilk dəfə yadplanetlilərlə əlaqə yaradıb”, – deyə rejissor bildirib.
Markın sözlərinə görə, Ağ Ev rəhbərinin 8 iyul 2026-cı ildə millətə müraciət edəcəyini gözlənilir.
Əliyar Xəlil
Globalinfo.az