ABŞ Prezidenti Donald Trampın Ağ Evlə bağlı yeni planı bəlli olub.
Globalinfo.az xəbər verir ki, bu barədə “Val Strit Jurnal” (VSJ) məlumat yayıb.
“Trampın Ağ Evin Şərq Qanadını söküb yerində yeni, dəbdəbəli bal zalı tikmək planı səs-küy yaratmışdı. İndi də o, yeni “Marine One” helikopterlərinin “Cənubi Çəmənliyə” zərər verməsinin qarşısını almaq üçün Ağ Evdə meydança tikməyi planlaşdırır.
Rəsmilər bildirirlər ki, yeni helikopterlərin işlənmiş qazları, xüsusən isti və quru havada yerə yayıla bilər”, – deyə nəşr yazıb.
Məlumata görə, “VH-92A” helikopterinin Ağ Evə enməsi üçün alternativlər nəticə vermədiyi üçün meydançanın tikintisinə qərar verilib.
Lakin Ağ Ev bu məsələ ilə bağlı heç bir açıqlama yaymayıb.
ABŞ prezidentinin yay aylarında Floridadakı Mar-a-Lago malikanəsində də helikopter eniş meydançası tikdirməsi gözlənilir.

Əliyar Xəlil
Globalinfo.az