ABŞ Prezidenti Donald Tramp onu tənqid edən televiziya kanallarının lisenziyalarının ləğv edilməsini istəyir.
Globalinfo.az xəbər verir ki, bu barədə o, “TruthSocial” səhifəsində yazıb.
“Televiziyada xəbər buraxılışları və axşam şouları mənə və Respublikaçılar Partiyasına qarşı demək olar ki, 100 faiz mənfi fikirdədirsə, onların yayım lisenziyaları ləğv edilməməlidir? Mən bunun tərəfdarıyam”, – Tramp yazıb.
Ağ Ev rəhbəri CBS, ABC və NBC-də gecə vaxtı yayımlanan veriliş aparıcılarının istedad çatışmazlığı və aşağı reytinqlərdən əziyyət çəkdiyini söyləyib.
Qeyd edək ki, dekabr ayında Tramp BBC-yə qarşı məhkəmə iddiası qaldırıb.
Əliyar Xəlil
Globalinfo.az