Tramp dell

***09:24

“Dell Technologies” şirkətinin qurucusu və milyarder Maykl Dellin həyat yoldaşı Syuzan Dell ABŞ Prezidenti Donald Trampla Ağ Evdə keçirilən tədbirdə görüntülənib. Onun tədbir zamanı davranışı və üz ifadələri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Globalinfo.az xəbər verir ki, bu barədə “Teleqraf” nəşri yazıb.

Oval Otaqda keçirilən tədbir amerikalı uşaqlar üçün nəzərdə tutulan əmanət proqramına həsr olunub.

Tədbirdə qırmızı libasda iştirak edən Syuzan Dellin sərt duruşu, üz ifadələri və bəzi hərəkətləri sosial media istifadəçilərinin diqqətini çəkib. Görüntüləri paylaşan bəzi istifadəçilər onun görünüşünü qeyri-adi hesab edib, hətta müxtəlif ifadələrlə şərh ediblər.

Lakin tədbirin əsas mövzusu Syuzan Dellin görünüşü deyil, uşaqlara maliyyə dəstəyi proqramıdır.

Qeyd edək ki, Maykl və Syuzan Dell ötən ilin dekabrında milyonlarla amerikalı uşağın gələcəyinə dəstək məqsədilə 6,25 milyard dollar ianə ediblər. Bu vəsait proqramın maliyyələşdirilməsində mühüm rol oynayıb.

Syuzan Dell uzun illərdir xeyriyyəçilik fəaliyyəti ilə məşğuldur. O, xüsusilə uşaqların sağlamlığı, təhsili və sosial rifahı ilə bağlı layihələri dəstəkləyir.

Yeri gəlmişkən, Maykl Dellin adı daha əvvəl ABŞ-da cinsi istismar və insan alveri ilə bağlı qalmaqalın mərkəzində olan Ceffri Epşteynə göndərilmiş elektron məktublarda da hallanıb.

Paylaş: