Rusiyadan Türkiyəyə neft tədarükü azalıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla iki saatlıq danışıqlardan sonra Tramp bəyan edib ki, o, Ankaranın Rusiya neftinin alınmasını dayandırmaq tələbi ilə razılaşmağa hazır olduğuna inanır.
Bununla belə, Türkiyənin mövqeyində dəyişiklik görünmür, çünki son illərdə Ərdoğan və Putin arasında sıx əlaqələr qurulub.
Kremlin mətbuat katibi Dmitri Peskov qeyd edib ki, Türkiyə ticarət tərəfdaşları ilə bağlı öz qərarlarını müstəqil şəkildə verir: “Türkiyə bizimlə hansı sahələrdə əməkdaşlıq edəcəyini özü müəyyənləşdirən suveren dövlətdir”.
Məlumatlara görə, Türkiyənin Rusiyadan neft idxalı sentyabr ayından bu yana ən aşağı səviyyəyə düşüb.
LSEG məlumatlarına görə, Türkiyə Hindistandan sonra Rusiyanın dəniz yolu ilə daşınan “Urals” xam neftinin ikinci ən böyük idxalçısıdır. O, Qərbin Rusiyaya qarşı sanksiyalarına qoşulmayıb, lakin beynəlxalq qanunlara və məhdudiyyətlərə əməl edir.
Əliyar Xəlil
Globalinfo.az