tramp vens

ABŞ Prezidenti Donald Tramp vitse-prezident J. D. Vensin gələcəkdə onun siyasi varisi ola biləcəyinə tam əmin deyil.

Globalinfo.az xəbər verir ki, bu barədə “nytimes.com⁠” məlumat yayıb.

Nəşrin yazdığına görə, Tramp yaxın çevrəsində Vensin prezident seçkilərində uğur qazanmaq potensialını tez-tez müzakirə edir və buna şübhə ilə yanaşır.

O, həmçinin Vensin siyasi uğurlarının əsasən öz dəstəyi sayəsində əldə olunduğunu düşünür.

Buna baxmayaraq, Vens “MAGA” hərəkatı tərəfdarları arasında populyarlığını qoruyur və 2028-ci il prezident seçkilərində Respublikaçılar Partiyasının əsas namizədlərindən biri hesab olunur.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: