
ABŞ Prezidenti Donald Trampın Ukraynaya səfər etməklə bağlı planı yoxdur.
Globalinfo.az xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Karolin Livitt deyib.
“Əslində bu barədə prezidentlə danışmamışam. Zelenskinin dəvətini görüb-görmədiyini də bilmirəm. Bu barədə onun fikrini soruşa bilərəm, amma Ukraynaya potensial səfərlə bağlı paylaşa biləcəyim heç bir plan yoxdur”, – deyə Livitt bildirib.
Xatırladaq ki, Ukrayna Prezidenti Volodimir Zelenski bir neçə gün əvvəl Trampı ölkəsinə dəvət etmişdi. Zelenski Trampın hər hansı qərar qəbul etməzdən əvvəl Ukraynaya səfər etməsinin və hər şeyi gözləri ilə görməsinin vacib olduğunu vurğulamışdı.
Aysel Əliyeva
Globalinfo.az