tramp 4

Almaniya kansleri Fridrix Merz ABŞ prezidenti Donald Trampla telefon danışığı aparıb.

Globalinfo.az xəbər verir ki, Ağ Ev rəhbəri həmin vaxt Çindən geri qayıdarkən təyyarədə olub.

Merz telefon danışığı barədə sosial şəbəkə hesabında məlumat verib.

Tərəflər İran ətrafındakı vəziyyəti, Ukraynadakı müharibəni və NATO məsələlərini müzakirə ediblər. Fridrix Merz ABŞ-la Almaniyanın vahid mövqedə olduğunu bildirib.

İran danışıqlar masasına oturmalıdır, Hörmüz boğazı açıq qalmalıdır və Tehran nüvə silahı əldə etməməlidir”, – deyə Merz vurğulayıb.

Xatırladaq ki, aprelin sonunda Almaniya hökumətinin başçısı ABŞ-ı aydın strategiyanın olmamasında ittiham edib və Tehranla danışıqlarda Amerika tərəfinin bütöv bir xalqı alçaltdığını bildirib. Donald Tramp isə buna sərt reaksiya verərək Merzin nədən danışdığını anlamadığını söyləyib və Almaniya ilə digər NATO müttəfiqlərindən kifayət qədər dəstək görmədiyini açıqlayıb. Mayın əvvəlində Tramp Almaniyadan bir neçə min amerikalı hərbçinin çıxarılacağını elan edib.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: