kallas

ABŞ-ın yeni gömrük rüsumları tətbiq etməsi Brüssel üçün xoşagəlməz sürpriz olub”.

Globalinfo.az xəbər verir ki, bunu Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas “Reuters” agentliyinə müsahibəsində deyib.

Onun sözlərinə görə, Brüssel və Vaşinqton arasında bu məsələ ilə bağlı razılaşma əldə olunmuşdu və Avropa İttifaqı həmin razılaşmanın şərtlərinə əməl edib.

“Bizim üçün bu razılaşmaya əməl edilməməsi xoşagəlməz sürpriz oldu”, – deyə Kallas bildirib.

O, yeni məhdudiyyətlərin əsassız olduğunu da vurğulayıb:

“Avropa İttifaqında əmək qanunvericiliyi ABŞ-la müqayisədə daha güclüdür, işçilərə ödənişli məzuniyyət verilir. Ümumilikdə əmək şəraiti daha yüksək səviyyədə təmin olunur”.

Qeyd edək ki, iyulun 24-də ABŞ məcburi əməyin qarşısının alınması ilə bağlı tələblərin yerinə yetirilmədiyini əsas gətirərək 60 ölkəyə qarşı yeni ticarət rüsumları tətbiq edib. Rüsumların dərəcəsi ölkədən və tələblərin icra vəziyyətindən asılı olaraq dəyişir. Kanada, Meksika, Böyük Britaniya və Hindistan üçün tarif 10%, Avropa İttifaqı ölkələri də daxil olmaqla bir sıra digər dövlətlər üçün isə 12,5% müəyyən edilib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: