Trampın qərarı Avropanı çətinə saldı: Qazın qiyməti ilə bağlı yeni qaydalar

gas qaz

Avropada təbii qazın qiymətlərinə müvəqqəti məhdudiyyət tətbiq ediləcək.

Globalinfo.az xəbər verir ki, bu barədə “Financial Times” qəzeti məlumat yayıb.

Qazın qiymətinin kəskin şəkildə artması səbəbindən məsələnin Avropa Komissiyasında (AK) müzakirəyə çıxarıldığı bildirilir.

Nəşr yazır ki, Avropa İttifaqına (Aİ) üzv ölkələrdə qiymətlər ABŞ-la müqayisədə son vaxtlar rekord səviyyəyə çatıb. Bu amil nəzərə alınaraq, Aİ-də qiymətlərin məhdudlaşdırılması üçün yeni qaydaları hazırlanması düşünülür.

Məlumata görə, bu həftə Avropada təbii qaz qiymətləri son iki ilin ən yüksək həddinə çatıb. Prosesin bu cür davam etməsinin həm də ABŞ Prezidenti Donald Trampın Avropa İttifaqına (Aİ) qarşı sərt tədbirlərindən irəli gəldiyi bildirilir. Lakin AK-nin təşəbbüsü, xüsusilə sənaye birliklərinin narazılığına səbəb olub. Nümayəndələr belə məhdudlaşdırıcı tədbirlərin Avropa enerji bazarına mənfi təsir göstərəcəyini vurğulayıb.

Qeyd edək ki, Avropa Qaz İnfrastruktur Assosiasiyası (GIE)  Avropa İttifaqının hazırkı qaz anbarı tutumunun 2024-cü ildən 18 faiz azalaraq 48,5% təşkil etdiyini açıqlayıb. Həmçinin, bazar ertəsi Avropa birjalarında qazın qiyməti min kubmetr üçün 620 dollara çatıb.

Əliyar Xəlil
Globalinfo.az