Prezident Donald Trampın Rusiya prezidenti Vladimir Putini tənqid etməsi ciddi siyasi nəticələrə yol aça bilər.
Globalinfo.az xəbər verir ki, bu barədə “The Washington Post” nəşri yazıb.
Məqalədə qeyd olunur ki, bu mövqe dəyişikliyi Trampın 2024-cü il seçki kampaniyasında Rusiya-Ukrayna müharibəsi barədə dediyi fikirlərlə ziddiyyət təşkil edir.
Nəşr vurğulayır ki, Tramp artıq münaqişənin nə qədər mürəkkəb olduğunu və Putinə ünvanlanan təriflərin onun davranışlarına təsir etmədiyini dərk etməyə başlayıb.
“Burada söhbət sadəcə iki lider arasındakı münasibətdən getmir. Trampın Putini açıq şəkildə tənqid etməsi real və çox ciddi siyasi nəticələr doğura bilər”.
Qeyd edək ki, Tramp son çıxışlarında Rusiyaya qarşı ritorikasını sərtləşdirib. Xüsusilə, iyulun 8-də prezident bildirib ki, guya Vladimir Putindən “çoxlu cəfəngiyyatlar” eşidir.
Tahir Turan
Globalinfo.az