
İstanbulda ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Barakla Suriyanın yeni lideri Əhməd əş-Şara arasında qapalı görüş keçirilib.
Globalinfo.az xəbər verir ki, diplomatik mənbələrdən verilən məlumata görə, danışıqlarda Qəzzada atəşkəs perspektivləri, Suriyada vəziyyətin sabitləşdirilməsi, həmçinin Türkiyənin regional diplomatiyadakı rolu müzakirə olunub.
Görüş Ankaranın vasitəçiliyi ilə baş tutub.
S.Barak öz X hesabında paylaşımında bildirib ki, ABŞ-ın Suriyaya qarşı sanksiyalarının bu yaxınlarda ləğvi Vaşinqtonun regiondakı tərəfdaşlarına ölkəyə humanitar və maliyyə yardımı, eləcə də enerji resursları təqdim etməyə imkan verəcək.
“ABŞ administrasiyası Suriya hakimiyyətindən terror qruplaşması ilə mübarizəni davam etdirəcəyini gözləyir”, – Barak bildirib.