
“ABŞ-da neft qiymətlərinin kəskin bahalaşması Prezident Donald Tramp administrasiyasında narahatlığa səbəb olub”.
Globalinfo.az xəbər verir ki, bu barədə “CNN” məlumat yayıb.
Bildirilib ki, administrasiya rəsmiləri İranla müharibənin ilk günlərində neft bazarında qısamüddətli qiymət artımı gözləyirdilər.
“Lakin qiymətlərin artımının miqyası və bazarın reaksiyası onları gözlənilməz vəziyyətdə qoyub. Tramp komandası benzinin ucuzlaşmasını noyabr ayında ABŞ Konqresinə keçiriləcək aralıq seçkilər ərəfəsində Respublikaçıların əsas siyasi arqumentlərindən biri kimi istifadə etməyi planlaşdırırdı.
Lakin neft qiymətlərinin sürətlə yüksəlməsi bu planları risk altına sala bilər”, – deyə vurğulanıb.
Safura Bənnayeva
Globalinfo.az