vanessa

ABŞ Prezidenti Donald Trampın keçmiş gəlini Vanessa xəstəliyi haqda paylaşım edib.

Globalinfo.az xəbər verir ki, o, döş xərçəngi ilə bağlı müalicəsinin ikinci mərhələsinə başladığını bildirib.

Vanessa əməliyyatdan sonra dörd həftə ərzində sağalma prosesində olduğunu, hazırda isə müalicəsinin növbəti mərhələsinə keçdiyini bildirib.

O, həmçinin sağalmasına görə minnətdarlığını ifadə edib və xərçənglə mübarizə aparan insanlara dəstək mesajı göndərib.

Qeyd edək ki, 48 yaşlı Vanessa diaqnozunu ilk dəfə may ayında açıqlamış və əlavə etmişdi ki, həkimlərlə müalicə planı üzərində işləyir.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: