tramp 4

ABŞ Prezidenti Donald Trampın Ukraynaya Patriot hava hücumundan müdafiə raket sistemləri vermək vədi bütöv sistemləri deyil, sursatların çatdırılmasını nəzərdə tutur”.

Globalinfo.az xəbər verir ki, bu barədə “Steigan” nəşri yazıb.

“Görünür, bu, konkret olaraq on ələ keçirən raket, yəni döyüş sursatı deməkdir. Bu fonda ikili oyun açıq şəkildə görünür. Əgər bu doğrudursa, o zaman bu on raket Rusiya Silahlı Qüvvələrinin ilk hücumu zamanı dərhal məhv olacaq”, – deyə bildirilib.

Qeyd edək ki, iyulun 8-də Donald Tramp Ukrayna lideri Volodimir Zelenskiyə dərhal Patriot hava hücumundan müdafiə sistemləri üçün on raket ötürəcəyini vəd edib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: