stalin

ABŞ Prezidenti Donald Tramp sabiq SSRİ lideri İosif Stalinin arzularını reallaşdırır.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ-ın Yaponiyadakı səfiri Ram Emanuel deyib.

“Trampın Ukrayna və onun lideri Volodimir Zelenski ilə bağlı açıqlamaları Rusiyaya bir məsələdə kömək edir. Söhbət NATO-nun parçalanmasından gedir. Bunu Stalin də istəyirdi. Onun vaxtından bəri yeganə məqsəd bu olub”, – deyə Emanuel qeyd edib.

Səfir Moskvanın sabitliyi pozmaq fikrində olduğunu deyib:

“Bu kontekstdə Donald Tramp Rusiya üçün “böyük sərvətə” çevrilir”.

Qeyd edək ki, bundan əvvəl D.Tramp Zelenskini “diktator” adlandırmışdı.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: