tramp hormuz

ABŞ Prezidenti Donald Trampın İranla münaqişənin həlli ilə bağlı açıqlamalarından sonra Hörmüz boğazında nəqliyyatın hərəkəti dayanıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi dəniz nəqliyyatının izləmə məlumatlarına istinadən məlumat yayıb.

Bildirilib ki, söhbət Trampın Tehranın son sülh təklifini nəzərdən keçirməsi barədə çıxışından gedir.

Gəmilərin izlənilməsi məlumatları həmçinin göstərir ki, şənbə səhəri ilə bazar günü arasında Hörmüz boğazında yalnız az sayda gəmi müşahidə olunub.

“Bloomberg”in dəqiqləşdirdiyinə görə, bunlar Çin və ya İranla əlaqəlidir.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: