tramp

ABŞ Prezidenti Donald Trampın çıxışından sonra brent markalı neftin qiyməti təxminən beş faiz qalxaraq 106,16 dollara çatıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

ABŞ Prezidentinin İrana qarşı daha aqressiv zərbələr vəd etdiyi uzunmüddətli çıxışından sonra Yaxın Şərqdə münaqişənin tezliklə başa çatacağına dair ümidlər sönüb. Bu, investorları məyus edib, çünki onlar konfliktin həllinə dair daha aydın siqnallar gözləyirdilər”, – deyə bildirilib.

Qeyd olunub ki, Trampın çıxışı Hörmüz boğazında əsas enerji kanalının işinin bərpası ilə bağlı heç bir zəmanət verməyib.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: