tramp 4 2

Tramp Ukraynanı Rusiya ilə danışıqlara sövq edir.

Globalinfo.az xəbər verir ki, bu barədə “The New York Times”qəzetinin məqaləsində deyilir.

Bildirilir ki, ABŞ prezidenti Donald Tramp Ukraynanın NATO-ya qoşulmasını ləngitmək və Rusiyanın ələ keçirdiyi ərazilərin qaytarılmasının xeyli vaxt aparacağını bildirməklə, Kiyevi Moskvayla danışıqlara sürükləyir.

Nəşrin yazdığına görə, Ağ Evdə Trampla gərgin görüşdən sonra Zelenskinin ABŞ-dan ciddi təhlükəsizlik zəmanətləri alacağına inamı qalmayıb.

Məqalədə vurğulanır ki, ABŞ prezidenti gələcəkdə seçim etməli olacaq. Belə ki, Kiyev ya Ukraynaya hərbi yardım və kəşfiyyat məlumatı ötürməyə davam edəcək, ya da münaqişədən faktiki geri çəkiləcək. Ancaq sonuncu ssenari Kiyev üçün ciddi təhlükə yarada bilər.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: