Trampdan Zelenskiyə mesaj: “Ukraynaya bəli, sənə yox!”

tramp 1

ABŞ Prezidenti Donald Tramp Rusiya-Ukrayna müharibəsində Ukraynanın tərəfini tuta biləcəyini istisna etməyib.

Globalinfo.az xəbər verir ki, bu barədə o, “The Atlantic” jurnalına müsahibəsində danışıb.

ABŞ liderinə “Rusiya Prezidenti Vladimir Putinin hansısa addımı sizi Zelenskinin tərəfini tutmağa vadar edə bilərmi?” sualı verilib.

“Zelenskinin tərəfini tutmaq mütləq deyil, amma Ukraynanın tərəfini tutaram, bəli, amma bu, Zelenskinin tərəfində olmaq anlamına gəlmir”, – deyə, Tramp cavab verib.

Aysel Əliyeva
Globalinfo.az