ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenskini bir daha tənqid edərək onu Ukraynadakı münaqişənin başa çatmasına mane olan əsas fiqur kimi qiymətləndirib.
Globalinfo.az xəbər verir ki, Ağ Ev rəhbəri bunu “Politico” nəşrinə müsahibəsində bildirib. O qeyd edib ki, Ukrayna rəhbərliyi diplomatik həll yoluna müqavimət göstərməyi dayandırmalı və danışıqlar prosesinə real şəkildə başlamalıdır.
Trampın sözlərinə görə, Vladimir Putin artıq mümkün razılaşmanı imzalamağa hazır olduğunu bildirib, lakin Kiyevin mövqeyi danışıqlar prosesini çətinləşdirir.
ABŞ prezidenti əlavə edib ki, Zelenskinin strateji imkanları məhduddur və Ukrayna mövcud qarşıdurmada təsir rıçaqlarının bir hissəsini itirib.
“Zelenski işə başlamalı və razılaşma əldə etməlidir. Onun mane olması ağlasığmazdır. Sizin əlinizdə heç bir üstünlük yoxdur. İndi isə onun daha da az üstünlüyü var”, – deyə Tramp vurğulayıb.
Tahir Turan
Globalinfo.az