Trampdan tələb olunan məbləğ azaldıldı

Nyu-York apelyasiya məhkəməsi ABŞ-ın sabiq Prezidenti Donald Trampdan tələb edilən girov məbləğini azaldıb.

Globalinfo.az xəbər verir ki, birinci instansiya məhkəməsi maliyyə fırıldaqçılığı ilə bağlı prosesdə cinayət təqibinin dayandırılması üçün 454 milyon dollar girov ödənilməsi barədə qərar çıxarmışdı. Apelyasiya məhkəməsi bu məbləği 175 milyon dollara endirib.

Sabiq Prezidentin rəhbərlik etdiyi tikinti şirkəti bu məbləği 10 gün müddətində ödəməlidir.