
12 günlük müharibə zamanı İranın dini rəhbəri Ayətullah Seyid Əli Xameneini “alçaldıcı və çox dəhşətli ölümdən” xilas etdim.
Globalinfo.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp bildirib.
Tramp qeyd edib ki, Xameneinin yerini bilsə də, onun öldürülməsinə icazə verməyib.
“O isə “Sağ ol, Prezident Tramp!” deməyə belə ehtiyac duymur”, – Ağ Ev rəhbəri yazıb.
Donald Tramp qeyd edib ki, o, İrana qarşı sanksiyaların aradan qaldırılması üçün çalışıb, lakin Tehrandan “qəzəb, nifrət və ikrahla dolu bəyanatlar” eşitdiyindən məhdudiyyətlərin aradan qaldırılmasına yönəlmiş addımları dayandırıb.