“Qəzza zolağına rəhbərlik edəcək “Sülh Şurası”nın tərkibi 2026-cı ilin əvvəlində açıqlanacaq”.
Globalinfo.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.
O bildirib ki, şuranın tərkibinə bir neçə ölkənin liderləri daxil olacaq.
Tramp özünün sədrlik edəcəyi qurumun “əfsanəvi şura” olacağını bildirib:
“Liderlərin şurada təmsil olunması həqiqətən nəzərdə tutulmamışdı. Onlar özləri bunu istədilər”.
Ağ Ev rəhbəri qeyd edib ki, ilkin gözlənti adı çəkilən strukturun üzvlərinin mütləq dövlət başçıları deyil, tanınmış şəxslər olması idi:
“Ancaq belə görünür. Liderlər, prezidentlər, baş nazirlər, hamısı şurada olmaq istəyir”.
Əliyar Xəlil
Globalinfo.az