tramp korfez

ABŞ Prezidenti Donald Tramp Pentaqona İrana planlaşdırılan hücumun dayandırılması barədə göstəriş verdiyini açıqlayıb. O, bunu Qətər Əmiri Təmim bin Həməd əs-Sani, Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman əs-Səud və Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Məhəmməd bin Zayed ən-Nəhyana olan hörmətinə görə etdiyini bildirib.

Tramp hücumun təxirə salınması ilə bağlı qərarını dəyişə bilər? ABŞ prezidentinin Körfəz ölkələrinin liderlərinin adını çəkməsi nəyə mesajdır?

Globalinfo.az-a danışan politoloq Murad Sadəddinov deyib ki, Donald Trampın qərarını dəyişməsi mümkündür:

“O, belə məsələlərlə ictimaiyyəti manipulyasiya etməyə çalışır və bunu yaxşı da bacarır. Tramp hər hansı addım atarkən müxtəlif istiqamətlərdə fərqli fikirlər səsləndirir. Həm ictimai rəyi, həm də qarşı tərəfi öz məqsədlərindən yayındırmağı bacarır. Çox güman ki, bu fikirlərlə hansısa başqa məqsədi gizlətməyə çalışır. Beləliklə məqsədə çatmaq üçün müxtəlif manevrlər edir. Müəyyən vaxt keçdikdən sonra səbəbləri bizə məlum olacaq.

murad sadeddinov 1 900x551 1
Murad Sadəddinov

Üç Körfəz ölkəsinin adını çəkməklə, çox güman, müsəlman ölkələrinə məsələnin sülh yolu ilə həllinə çalışdığı mesajını verməyə çalışır. Yəni onların imici və nüfuzundan müsəlman ölkələri arasında müsbət təsir yaratmaq üçün istifadə edir. Hər üç ölkə İrana qarşı aparılan siyasətdə Vaşinqtona dəstək verir”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: