Tramp 1 900x506 2

ABŞ Prezidenti Donald Tramp İranla diplomatik dialoqun gələcəkdə mümkün ola biləcəyini bildirib.

Globalinfo.az xəbər verir ki, Tramp Tehranla danışıqların “nə vaxtsa baş tuta biləcəyini” deyib və İranın nüvə silahına sahib olmasının Vaşinqton üçün qəbuledilməz olduğunu bir daha vurğulayıb.

ABŞ lideri eyni zamanda Hörmüz boğazı ilə bağlı da diqqətçəkən açıqlama verərək, ABŞ-ın strateji su yoluna tam nəzarət etdiyini bildirib.

Trampın açıqlamaları Vaşinqtonla Tehran arasında hərbi gərginliyin davam etdiyi bir vaxtda diplomatik təmas ehtimalının yenidən gündəmə gəlməsi kimi qiymətləndirilir.

Tahir Turan
Globalinfo.az

Paylaş: