Trampdan gözlənilməz etiraf: “Artıq istəmirəm!”

Trampdan gözlənilməz etiraf: "Artıq istəmirəm!"

ABŞ Prezidenti Donald Tramp Nobel Sülh Mükafatını almaq istəmədiyini deyib.

Globalinfo.az xəbər verir ki, bu barədə o, “CBS News” telekanalına müsahibəsində danışıb.

“Mənim edə biləcəyim tək şey müharibələri dayandırmaqdır. Diqqət çəkmək fikrim yoxdur. Sadəcə insanların həyatını xilas etmək istəyirəm”, – ABŞ prezidenti deyib.

Qeyd edək ki, avqustun 7-də Kambocanın Baş naziri Hun Manet ölkəsinin Trampın Nobel Sülh Mükafatına namizədliyini rəsmən irəli sürdüyünü açıqlayıb.

Daha əvvəl Hindistanın Baş naziri Narendra Modi ilə Donald Tramp arasında Nobel Sülh Mükafatı ilə bağlı söhbət zamanı fikir ayrılığının yarandığı bəlli olub.

Əliyar Xəlil
Globalinfo.az