trump says he did not call putin in presence of eu leaders v0 sNZMLh4DTsVsF1Lh9boazKqYuD4yX MAo7QUm1RdGLk

Pentaqon rəhbəri Pit Heqsetin NATO-nun Baş katibi Mark Rutte ilə Brüsseldə keçirdiyi görüşdə verdiyi açıqlamalar müzakirələrə səbəb olub. Heqset bildirib ki, ABŞ müttəfiqlərinin Ukrayna üçün daha çox silah almasını gözləyir.

Vaşinqton rəsmisi Prezident Donald Trampın Qəzzada atəşkəsin əldə olunmasındakı rolunu vurğulayıb və eyni nəticənin Ukraynada da əldə olunacağına ümid etdiyini bildirib.

Globalinfo.az-a danışan politoloq Məhəmməd Əsədullazadə deyib ki, ABŞ Ukraynaya NATO ölkələri vasitəsilə silah göndərir, bu prosesdə əsas maliyyə yükünü isə Avropa dövlətləri daşıyır:

“Bu, əslində Donald Trampın yanaşmasıdır. O, həm seçki vədinə əməl edir, həm də ABŞ-ın silah sənayesini maliyyələşdirir. Ağ Ev rəhbərinin bir istəyi də elə müharibədən iqtisadi fayda götürməkdir. Beləliklə silah sənayesi inkişaf edir və bu çərçivədə milyardlarla dollar gəlir əldə olunur.

mehemmed esedullazadeee 900x574 2
Məhəmməd Əsədullazadə

Paralel olaraq, ABŞ Ukraynaya silah ixracını dayandırmır. Mövcud proses, ümumilikdə müsbət gedişat kimi qiymətləndirilə bilər. Avropa ölkələri də müharibənin yalnız ABŞ-ın üzərində qalmamasına çalışırlar. Nəticə olaraq Tramp regionu Ukraynadakı qarşıdurmaya cəlb etdiyi üçün artıq onlar da pul xərcləməli olurlar.

Prosesin gedişi göstərir ki, Avropa ölkələri bu vəsaiti ödəyəcək. Əks halda, onların təhlükəsizliyi təhdid altına düşər. Rusiya Avropaya qarşı kifayət qədər hibrid təzyiqlər göstərir. Bölgənin bu sahədə maliyyə öhdəlikləri götürməsi isə müharibəyə daha ciddi yanaşmasına səbəb olur”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: