
REKLAM BANNERİ
ABŞ Prezidenti Donald Tramp İrandan gələ biləcək mümkün sui-qəsd təhlükəsi ilə bağlı sərt bəyanat səsləndirib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Axios” məlumat yayıb. Tramp bildirib ki, uzun müddətdir İranın hədəf siyahısında olduğunu düşündüyünü və bu təhlükəni ciddi qəbul etdiyini deyib.
Onun sözlərinə görə, belə bir cəhd baş verəcəyi təqdirdə, ABŞ buna misli görünməmiş miqyasda cavab verəcək. ABŞ lideri vurğulayıb ki, bu məsələ ilə bağlı artıq aidiyyəti qurumlara aydın göstərişlər verib.
Əlaqəli xəbər
Makron türk liderlə bəyanat verdi: Bakı və İrəvan…
Tramp qeyd edib ki, əgər İran tərəfindən ona qarşı sui-qəsd cəhdi olarsa, Vaşinqton Tehrana qarşı çox ağır zərbələr endirəcək.
“Mən siyahıda birinciyəm. Bu, həyatın reallığıdır”, – deyə Tramp bildirib.
Tahir Turan
Globalinfo.az