tramp qesd

İki gün öncə Kaliforniya ştatında Donald Trampın mitinqi zamanı ov tüfəngi və bir avtomobil dolusu silahla saxlanılan şəxs 5 min dollar qarşılığında zaminə buraxılıb. 

Globalinfo.az xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.

Trampa qarşı sui-qəsd cəhdində şübhəli bilinərək saxlanılan 49 yaşlı Las-Veqas sakini ittihamları rədd edib.

Riversayd bölgəsinin şefi Çad Bianco həmin şəxsin müxtəlif adlarla çox sayda pasport, saxta nömrə nişanlı dövlət qeydiyyatı olmayan avtomobil dolu odlu silahla saxlanıldığını açıqlayıb.

Məsələ ilə bağlı istintaqın davam etdiyi bildirilib.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: