zelenski 2 1 900x600 2

ABŞ Prezidenti Donald Trampın “Tomaqavk” raketlərini Kiyevə ötürməkdən imtina etməsi Ukrayna Prezidenti Vladimir Zelenski üçün yaxşı xəbərdir”.

Globalinfo.az xəbər verir ki, bunu Finlandiyanın milli-mühafizəkar “Azadlıq Alyansı” partiyasının üzvü Armand Mema deyib.

“Əgər bu baş versəydi, Birləşmiş Ştatlar münaqişədə birbaşa iştirak edəcəkdi. Təbii ki, belə hal Rusiyanın daha sərt reaksiyasına səbəb olardı”, – o bildirib.

Qeyd edək ki, D.Tramp “Tomaqavk” raketlərinin Ukraynaya verilməyəcəyini deyib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: