1752774551 1751531310 1750051485 c3e734c8 fbfe 3e4c a30b 75dcd575db87 850

Zelenski Trampla danışıqların təfərrüatlarını açıqlamayıb.

Ukrayna Prezidenti Vladimir Zelenski Amerika lideri Donald Trampla danışdığını təsdiqləyib. Dövlət başçısı söhbətdə Avropa liderlərinin də iştirak etdiyini qeyd edib.

O bildirib ki, söhbət zamanı xüsusi elçi Stiv Uitkoffun Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşü müzakirə olunub, lakin detalları açıqlamayıb.

***19:57

TrampZelenski hazırda telefon danışığı aparırlar.

Globalinfo.az xəbər verir ki, bu barədə “Axios”un jurnalisti Barak Ravid X hesabında məlumat paylaşıb.

Ravid bildirib ki, telefon danışığı Trampın xüsusi nümayəndəsi Stiven Uitkoffla Rusiya Prezidenti Vladimir Putin arasında Moskvada keçirilən görüş çərçivəsində baş tutub.

***19:10

Tramp Zelenski ilə Moskva danışıqlarını müzakirə edəcək.

Globalinfo.az xəbər verir ki, Ukrayna prezidenti Volodimir Zelenski ilə Ağ Ev rəhbəri Donald Tramp arasında yaxın vaxtlarda yeni telefon danışığı gözlənilir.

Ukrayna mediasının məlumatlı mənbəyə istinadən verdiyi məlumata görə, telefon danışığı ABŞ prezidentinin xüsusi elçisi Stiv Vitkoffun Moskvaya son səfərindən sonra hazırlanır.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: