Tramp yenidən sanksiya hazırlayır: bu dəfə hədəf…

trampd

ABŞ Prezidenti Donald Tramp Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiya hazırlayır.

Globalinfo.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Məlumata görə, Tramp qurumu ABŞ və müttəfiqlərinə, ələlxüsus İsrailə qarşı qərəzli münasibətdə ittiham edir. Tədbirlər ABŞ və müttəfiq ölkələrin vətəndaşlarına, eləcə də onların ailə üzvlərinə qarşı araşdırmalarda iştirak edən qurum əməkdaşlarına maliyyə və viza məhdudiyyətlərini nəzərdə tutur.

Xatırladaq ki, noyabrın 21-də Beynəlxalq Cinayət Məhkəməsinin ibtidai istintaq palatası İsrailin Baş naziri Benyamin Netanyahu və ölkənin keçmiş müdafiə naziri Yoav Qalantın 8 oktyabr 2023-cü ildən 2024-cü il mayın 20-dək Qəzza zolağında hərbi cinayət törətmə ittihamı ilə həbsinə order verib.

Aysel Əliyeva
Globalinfo.az