Tramp yenə çaşdı: Nikki Heyli ilə Nensi Pelosini səhv saldı

ABŞ Prezidentliyinə namizəd Donald Tramp çıxışı zamanı Nikki Heyli ilə Nensi Pelosini səhv salıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “NBC News” məlumat yayıb.

Məlumata görə, ABŞ-ın keçmiş prezidenti Donald Tramp Kapitoliyə hücumla bağlı müzakirələr apararkən Nümayəndələr Palatasının keçmiş spikeri Nensi Pelosinin əvəzinə səhvən rəqibi Nikki Heylinin adını çəkib.

Bu çaşqınlıq Trampın Nyu-York ştatının Konkord şəhərində tərəfdarları qarşısında çıxışı zamanı baş verib. Belə ki, Tramp  90 dəqiqədən çox davam edən çıxışında administrasiyasında Birləşmiş Millətlər Təşkilatında daimi nümayəndə kimi çalışan və heç vaxt Konqres üzvü olmayan Nikki Heylinin adını dəfələrlə çəkib və onu tənqid edib:

“Nikki Heyli, bilirsən ki, onlar bütün məlumatları, sübutları, bir sözlə hər şeyi məhv etdilər. Bütün bunlar Nikki Heylinin təhlükəsizlikdən məsul olması səbəbindən baş verdi. Biz ona 10 min əsgər, Milli Qvardiyanın qoşunlarını təklif etdik, ancaq imtina cavabı aldıq. İndi bu barədə danışmaq istəmirlər. Onlar çox vicdansız insanlardır”, –  deyə Tramp bildirib.

Xatırladaq ki, Tramp bir neçə dəfə bu cür unutqanlığa yol verib. Belə ki, o, ABŞ Prezidenti olarkən Pentaqon rəhbəri Mark Esperin adını unudaraq səhv yazmışdı.

Əliyar Xəlil,

Globalinfo.az