tramp

İran liderlərini devirmək böyük şərəfdir”.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “TruthSocial” sosial media səhifəsində yazıb.

“Bizim misilsiz atəş gücümüz, limitsiz sursatımız və çoxlu vaxtımız var – görün onların başına nə gəlir. Onlar 47 ildir ki, dünyanın hər yerində günahsız insanları öldürürlər və indi mən, Amerika Birləşmiş Ştatlarının 47-ci prezidenti olaraq, onları öldürə bilirəm. Bu necə də şərəfdir!”, – deyə o bildirib.

Ev rəhbəri əlavə edib ki, ABŞ İranın rəhbərliyini hərbi, iqtisadi və digər cəhətdən məhv edir.

Trampın sözlərinə görə, İranın donanması və hava qüvvələri məhv edilib və hazırda raketləri, dronları da bu yoldadır.

Qeyd edək ki, İranın keçmiş ali dini rəhbəri Əli Xamenei fevralın 28-də ABŞ və İsrailin hücumları zamanı öldürülüb.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: