tramp zelenski

28.12.25   23:00

Ukrayna Prezidenti Vladimir Zelenski dekabrın 28-də Floridada ABŞ Prezidenti Donald Trampla görüşüb.

Globalinfo.az xəbər verir ki, tərəflər Ukrayna üçün sülh planı üzrə aktiv danışıqlar aparırlar.

Görüş Trampın Mar-e-Laqo iqamətgahının yerləşdiyi Floridanın Palm-Biç şəhərində keçirilir.

***

ABŞ Prezidenti Donald Trampın ukraynalı həmkarı Vladimir Zelenski ilə danışıqları başa çatıb.

Bu barədə İtaliyanın “Corriere della Sera” qəzeti məlumat yayıb.

Qeyd olunub ki, Zelenski hazırda Avropa liderləri, o cümlədən İtaliya Respublikası Nazirlər Şurasının sədri Corciya Meloni ilə danışıqlar aparır.

Tərəflərin danışıqları yekunlaşdırmaq və növbəti addımları müəyyən etmək üçün birgə mətbuat konfransı keçirəcəyi gözlənilir.

Paylaş: