ABŞ Prezidenti Donald Trampla Ukrayna Prezidenti Volodimir Zelenski çərşənbə axşamı Ağ evdə görüş keçirəcəklər.
Globalinfo.az xəbər verir ki, bu barədə Ağ ev rəsmisi “ABC News” telekanalına məlumat verib.
Bildirilib ki, Zelenski gələn həftə Vaşinqtona ABŞ senatoru Lindsi Qremin vida mərasimində iştirak etmək üçün səfər edəcək.
“Qremlə yaxın münasibətdə olan Ukrayna lideri üçün senatorun ölümü böyük itki sayılır. Senator iyulun əvvəlində Ukraynaya səfər etmişdi”, – deyə qeyd olunub.
İyulun 24-də Zelenski ABŞ-da Rusiya ilə sülh sazişi imzalamağa hazır olduğunu açıqlamışdı. O, jurnalist Laura Lumerə müsahibəsində bunun üçün istər Oval kabinetə, istərsə də Mar-a-Laqoya gəlməyə hazır olduğunu deyib. Zelenski qeyd edib ki, görüşün harada keçiriləcəyinə Donald Tramp qərar verməlidir.
Əliyar Xəlil
Globalinfo.az