Rusiya və ABŞ Prezidentləri Vladimir Putin və Donald Trampın Amerika ərazisində görüşmələrinin səbəbi məlum olub.
Globalinfo.az xəbər verir ki, görüşün ABŞ-da keçirilməsi Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) orada yurisdiksiyasının olmaması ilə bağlıdır.
Məlumata görə, görüş üçün bir neçə variant müzakirə olunub. Putin Birləşmiş Ərəb Əmirliklərini təklif etsə də, liderlərin İtaliyada görüş ehtimalı BCM-nin orderi əsasında Rusiya Prezidentinin həbs olunma riskinə görə rədd edilib.
Nəşr qeyd edir ki, Alyaskanın seçilməsi həm bu riskdən yayınmaq, həm də ştatın Rusiyaya coğrafi yaxınlığı ilə bağlıdır.
Tahir Turan
Globalinfo.az