tramp putin 9 1 900x600 1

ABŞRusiya liderləri Alyaskada keçirilən sammitdə Ukrayna məsələsi ilə bağlı yekun razılaşma əldə etməyib.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio deyib.

O bildirib ki, Alyaskada səsləndirilən təkliflər razılaşma statusu almayıb.

“​​Alyaskada bir təklif irəli sürülmüşdü. Lakin bu, heç vaxt razılaşmaya çevrilmədi”, – deyə ABŞ dövlət katibi vurğulayıb.

Qeyd edək ki, iyunun 23-də Rusiyanın xarici işlər nazirinin müavini Sergey Ryabkov Vaşinqtonun Ankoricdə RusiyaABŞ prezidentləri arasında əldə olunan razılaşmalardan geri çəkildiyini iddia edib.

Rubionun sözlərinə görə, Moskva Donbasın bütün ərazisinin Rusiyaya verilməsini, eləcə də digər tələblərinin qəbul edilməsini istəyirdi. Lakin tərəflər arasında bu məsələlər üzrə ortaq mövqe formalaşmayıb.

ABŞ dövlət katibi əlavə edib ki, Vaşinqton Ukraynada müharibənin başa çatdırılması istiqamətində konstruktiv rol oynamağa hazır olaraq qalır.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: