karlson

Amerikalı jurnalist Taker Karlson ABŞ Prezidenti Donald Trampın Ukrayna münaqişəsinə münasibəti barədə danışıb.

Globalinfo.az xəbər verir ki, bu barədə o, “YouTube” kanalında yayımlanan verilişdə açıqlama verib.

Karlson bildirib ki, Tramp Ukraynadakı münaqişəni ABŞ-ın maraqlarına zidd hesab edir və baş verənlərə görə məsuliyyətin böyük hissəsinin Vaşinqtonun üzərində olduğunu düşünür.

“Trampın Ukrayna Prezidenti Volodimir Zelenskiyə qarşı nifrəti yox idi. Amma o hesab edirdi ki, Zelenskinin davranışları absurddur.

Bu münaqişənin özü də absurddur və ABŞ üçün zərərlidir. O deyirdi ki, etdiyiniz yeganə şey Rusiyanı Çinə daha da yaxınlaşdırmaqdır. Bu isə bizim üçün əsl fəlakətdir”, – deyə jurnalist bildirib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: