Tramp “Twitter”ə qayıtmaq fikrində deyil

ABŞ-ın 45-ci prezidenti Donald Tramp “Twitter”ə qayıtmaq fikrində deyil.

Globalinfo.az bildirir ki, bunu Tramp Respublika Yəhudi Koalisiyasının rəhbərliyinin illik toplantısından əvvəl virtual çıxışı zamanı deyib.

O bildirib ki, sosial şəbəkənin yeni sahibi İlon Mask öz hesabını bərpa etdikdən sonra “Twitter”ə qayıtmaq üçün “heç bir səbəb” görmür.

“Mən bunun üçün heç bir səbəb görmürəm, “Twitter”də çoxlu problemləri var, görürsünüz nələr baş verir”, – o qeyd edib.