ABŞ Prezidenti Donald Tramp ABŞ-da yanacaq satan şirkətlərdən yanacağın qiymətlərini dərhal aşağı salmağı tələb edib və bunu etməyəcəkləri təqdirdə onları ciddi nəticələrlə hədələyib.
Globalinfo.az APA-ya istinadən xəbər verir ki, Tramp bu barədə öz “Truth” hesabında yazıb.
“Benzin pərakəndə satıcıları qiymətləri dərhal aşağı salmalıdırlar! Neftin hazırda bir barelinin qiyməti 68 dollar olduğunu və düşdüyünü nəzərə alsaq, qiymətlər çox yüksəkdir”, – Tramp bildirib.
Tramp onu da bildirib ki, qiymətlərin süni şəkildə şişirdilməsi olmayacaq və bu, tamamilə qanunsuzdur. Əgər pərakəndə satıcılar bunu etməsələr, böyük problemlər yaranacaq.