nuve

ABŞ-ın enerji şirkəti “Vestinqhaus” hakimiyyətlə 10 yeni nüvə reaktorunun tikintisi ilə bağlı danışıqlar aparır.

Globalinfo.az xəbər verir ki, bu barədə “Financial Times” (FT) məlumat yayıb.

ABŞ Prezidenti Donald Tramp mayın 23-də 2050-ci ilə qədər ölkənin nüvə enerjisinin dörd dəfə artırılması, 2030-cu ilə qədər 10 böyük reaktorun fəaliyyətə başlaması barədə sərəncamlar imzalayıb. Şirkətin müvəqqəti icraçı direktoru Dan Sumner bildirib ki, bu baxımdan, onlar unikal mövqedədirlər”.

Məlumata görə, sözügedən nüvə reaktorlarının tikintisi 75 milyard dollara başa gələ bilər.

Qeyd edək ki, D.Tramp mayın sonlarında ABŞ-da 10 yeni nüvə reaktorunun tikintisinə göstəriş verib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: