BN3W5SGBUBNWRB3TET7YURKHEM

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp ölkənin maliyyə naziri vəzifəsinə milyarder, məşhur investor Skot Bezantın namizədliyini irəli sürüb.

Globalinfo.az xəbər verir ki, Tramp Bezanta dünyadakı investor və strateqlərin hörmət etdiyini bildirib.

Qeyd edək ki, hazırda ABŞ maliyyə naziri Canet Yellendir. Bezant isə 62 yaşı var və o, “Key Square Group” investisiya fondunun rəhbəridir. Bundan əvvəl  2011-2015-ci illər arasında Bezant “Soros Fund Management”in baş investisiya direktoru olub.

Donald Tramp bu şəxsi “Uol Strit”in ən güclü adamlarından biri hesab edir.

Əliyar Xəlil
Gloablinfo.az 

Paylaş: