“ABŞ Prezidenti Donald Trampın Rusiyaya səfəri yalnız Ukraynadakı münaqişə bitdikdən sonra mümkündür”.
Globalinfo.az xəbər verir ki, bunu amerikalı politoloq Malek Dudakov deyib.
Onun sözlərinə görə, Prezident Vladimir Putinin ABŞ-a son səfərindən sonra Donald Tramp da Rusiyaya getməlidir:
“Mümkün görüş yerləri arasında Vladivostok, Soçi, Moskva və Sankt-Peterburqu qeyd etmək olar”.
Politoloq mövcud danışıqlar prosesinin “çox çətin” olduğunu vurğulayıb.
Əliyar Xəlil
Globalinfo.az