trampi

ABŞ Prezidenti Donald Tramp Rusiyanın Ukraynanın şimal-şərqindəki Sumi şəhərinə hücumuna reaksiya verib.

Globalinfo.az xəbər verir ki, o, jurnalistlərlə söhbətində insidenti şərh edib.

“Düşünürəm ki, bu, dəhşətli idi. Onlara da dedim ki, səhv ediblər”, – deyə Ağ Ev sahibi deyib.

O əlavə edib ki, istənilən silahlı münaqişəni qorxunc hadisə kimi qəbul edir.

Qeyd edək ki, Rusiyanın Sumı şəhərinə raket hücumu nəticəsində ölənlərin sayı 32-yə çatıb. Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin məlumatına görə, 11-i uşaq olmaqla 99 yaralı var.

Günay Rəsulqızı
Globalinfo.az

Paylaş: