tramp 90

“Ukrayna Silahlı Qüvvələrinin müharibəni davam etdirmək üçün kifayət qədər canlı qüvvəsi yoxdur”.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ prezidentliyinə namizəd Donald Tramp amerikalı milyarder İlon Maska müsahibəsində deyib.

O, Rusiya ordusunun Ukraynadan dəfələrlə güclü olduğunu bildirib:

“Ukraynada kifayət qədər insan yoxdur. İndi çox gənc və yaşlı kişiləri döyüşlərə cəlb edirlər. Xatırlamaq lazımdır ki, Rusiya ordusu keçmişdə Napoleonun, Hitlerin ordularını məğlub edib. Mən yenə də Rusiya Prezidenti Vladimir Putinlə danışa, bu müharibəni dayandıra bilərəm”.

Qeyd edək ki, D.Tramp daha əvvəl Ukrayna Prezidenti Vladimir Zelenski ilə telefon danışığında da rusların Napoleon və Hitleri məğlub etdiyini demişdi.

Ayşən Mustafa
Globalinfo.az

Paylaş: